keyboard_arrow_left
keyboard_arrow_right


13.07.2020Bazar ertəsi

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işləri davam etdirilir

  Yasamal Bələdiyyəsi Yasamal rayon İcra Hakimiyyəti ilə birgə  xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılmasını  davam etdirir.Keçirilən maarifləndirmə işlərində əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində qoruyucu maskalardan istifadənin zəruliliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılmış, o cümlədən sakinlərə maskalar paylanılmışdır.











09.07.2020Cümə axşamı

Yasamal Bələdiyyəsi koronavirus infeksiyasının qarşısının alınması məqsədilə profilaktik tədbirləri davam etdirir

Yasamal Bələdiyyəsi Yasamal rayon İcra Hakimiyyəti ilə birgə  koronavirus infeksiyasının yayılmasının  qarşısının alınması məqsədilə rayonda mütəmadi profilaktik tədbirləri, həmçinin xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən reydləri davam etdirir. Əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində həyata keçirilən reydlər zamanı sakinlərlə Nazirlər Kabinetinin Opertaiv Qərərgahının tələb və tövsiyyələrinə riayət edilməsi ilə bağlı izahetmə işləri aparılır, bukletlər paylanılır, tibbi qoruyucu maskalardan istifadə,sosial izolyasiya və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyyə edilir.Reyd keçirilən obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə ətraflı məlumat verildi.























 

26.05.2020Çərşənbə axşamı

Yasamal Bələdiyyəsi tərəfindən aztəminatlı ailələrə yardım kampaniyası davam edir

   Yasamal rayonunda aztəminatlı ailələrə yardım kampaniyası davam edir.Bu dəfədə bir cox  aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylandı.




21.05.2020Cümə axşamı

Yasamalda minlərlə insana pulsuz tibbi qoruyucu vasitələr paylanılıdı

   Koronavirus pandemiyası dövründə əhalinin sağlamlığının qorunması məqsədilə Yasamal rayonunda xüsusi aksiya keçirilib. Aksiya zamanı minlərlə rayon sakininə pulsuz tibbi maskalar, əlcəklər və tibbi spirt qabları paylanılıb.Aksiyada Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin əməkdaşları,həmçinin 50-dən çox könüllü iştirak edib.Metro stansiyalarının ətrafında və əhalinin gur toplandığı digər ictimai məkanlarda insanlara maskalar, əlcəklər və tibbi spirt paylanılıb.















12.05.2020Çərşənbə axşamı

Faşizim üzərində Qələbənin 75-ci ildönümü münasibətilə rayon ərazisində yaşayan müharibə veteranlarına ərzaq payları verildi

  Faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə  Yasamal rayon İcra hakimiyyəti Yasamal Bələdiyyəsi ilə birgə rayon ərazisində yaşayan müharibə veteranlarını təbrik edərək ərzaq payları təqdim etdilər.








08.05.2020Cümə

Yasamal Bələdiyyəsi tərəfindən aztəminatlı ailələrə yardım kampaniyası davam edir

   Yasamal Bələdiyyəsi tərəfindən aztəminatlı ailələrə yardım kampaniyası davam edir. Bu dəfə də bir cox  aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylanıldı.





06.05.2020Çərşənbə

Yasamal Bələdiyyəsi tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı paylanması davam edir

    Koronavirus pandemiyası ilə əlaqədar olaraq Yasamal rayonunda aztəminatlı ailələrə yardım davam edir. Yasamal Bələdiyyəsi ölkə rəhbərliyinin biz birlikdə güclüyük çağırışına qoşularaq növbəti dəfə aztəminatlı ailələrə ərzaq yardımı paylamışdır.





03.04.2020Cümə

Yasamal Bələdiyyəsi tərəfindən aztəminatlı ailələrə yardım aksiyası

Yasamal rayon Bələdiyyəsi Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədi ilə maarifləndirmə işlərini davam etdirmiş, həmcinin tənha insanlara və aztəminatlı ailələrə ərzaq yardımı paylamışdır.




 


16.03.2020Bazar ertəsi

Yasamal Bələdiyyəsi tərəfindən abadlıq-quruculuq işlərinə başlanılmışdır

      Yasamal Bələdiyyəsi tərəfindən abadlıq quruculuq işlərinə başlanılmışdır.




 

 

 

 

 

 

16.03.2020Bazar ertəsi

Yasamal Bələdiyyəsi tərəfindən məhəllədaxili asfalt örtüyü çəkilmişdir

Çoxsaylı sakinlər Yasamal Bələdiyyəsinə yazılı şəkildə müraciət edərək Yasamal rayonu A.M.Şərifzadə küçəsi ev 68 və 74 ünvanlarında məhəllədaxili asfalt örtüyünün çəkilməsini xahiş etmişlər.Bu ünvanda yaşayan sakinlərin xahişləri nəzərə alınaraq həmin ünvanlarda məhəllədaxili asfalt örtüyü çəkilmişdir.



 

 

 

03.03.2020Çərşənbə axşamı

Martın 03-də Yasamal Bələdiyyəsinin İnzibati binasının kitabxana və akt zalında hesabat iclası keçirildi

   Martın 03-də Yasamal Bələdiyyəsinin İnzibati binasının kitabxana və akt zalında vergi agentlərinin 2020-ci ilin fevral ayı ərzində gördüyü işlər barəsində hesabat iclası keçirildi. İclası giriş sözü ilə Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov açdı. Sonra vergi agentlərinin aylıq hesabatı dinlənildi.

 

 

 

 

 

21.02.2020Cümə

N.Hikmət küçəsində başlanılmış abadlıq-quruculuq işləri başa çatdırıldı

    Çoxsaylı sakinlərin Yasamal Bələdiyyəsinə yazılı şəkildə müraciətinə əsasən N.Hikmət küçəsi ev 27 ünvanında başlanılmış abadlıq-quruculuq işləri başa çatdırılmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

19.02.2020Çərşənbə

Azərbaycan və Bakı Biznes Universitetinin tələbələri Yasamal Bələdiyyəsində təcrübə keçir

  Hər il olduğu kimi bu ildə təcrübə keçmək üçün Azərbaycan və Bakı Biznes Universitetinin 4-cü kurs tələbələri Yasamal Bələdiyyəsində qeydiyyatdan keçdilər. Bələdiyyənin iclas zalında keçirilən tanışlıq iclasında sözü Bələdiyyə sədri Tahir Məmmədov açaraq, tələbələri salamladı və onlara uğurlar arzuladı. Bələdiyyə sədrinin müavini Zakir Cəfərov öz çıxışında bələdiyyələr haqqında ümumi məlumat verdi. Tələbələr təcrübə mübadiləsi keçmək üçün ilk olaraq Humanitar və Sosial Müdafiə şöbəsinin müdiri Samad Mirzəyev tərəfindən şöbənin gördüyü işlər barədə məlumatlandırıldılar.

 

 

 

 

 

 

19.02.2020Çərşənbə

Yasamal Bələdiyyəsi tərəfindən abadlıq-quruculuq işləri davam etdirilir

     Çoxsaylı sakinlər Yasamal Bələdiyyəsinə yazılı şəkildə müraciət edərək Yasamal rayonu N.Hikmet küçəsi ev 27 ünvanında abadlıq-quruculuq işlərinin aparılmasını xahiş etmişlər. Bu ünvanda yaşayan sakinlərin xahişləri nəzərə alınaraq həmin ünvanda abadlıq-quruculuq işləri aparılır.

 

 

 

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 6 »