
Qarabağ Qazisinin evinə Ziyarət olunub.
Yeni Yasamal 2, 10 saylı binanın həyətində oturacaqların quraşdırılması
Yasamal Bələdiyyəsi tərəfindən Yasamal rayonu ərazisində layihələrin icrası davam etdirilir
Çoxsaylı sakinlər Yasamal rayon İcra Hakimiyyətinə və Yasamal Bələdiyyəsinə yazılı şəkildə müraciət edərək Yasamal rayonu Yeni Yasamal -2, M.Xiyabani küçəsi 10c, 11 və 12 ünvanlarında məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsini xahiş etmişlər.Bu ünvanlarda yaşayan sakinlərin xahişləri nəzərə alınaraq Yasamal rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsi tərəfindən həmin ərazilərə baxış keçirilmiş və Yeni Yasamal-2 ünvanında 3,4 saylı binanın qarşısındakı məhəllədaxili yollar, M.Xiyabani küçəsi 10c, 11 və 12 ünvanlarında məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi işləri tamamlanmışdır. Hal-hazırda 2-ci Alatava ünvanında məhəllədaxili yollara asfalt örtüyü çəkilməkdə davam etdirilir.Yasamal Bələdiyyəsi tərəfindən mütəmadi olaraq asfalt örtüyünə ehtiyacı olan məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi işləri davam etdiriləcəkdir.
Yasamal rayonunda növbəti qanvermə aksiyası keçirilib
Ölkədə qan
ehtiyatını artırmaq üçün Yasamal rayon İcra Hakimiyyətində qanvermə aksiyası
keçirilib.Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov başda olmaqla
İcra Hakimiyyəti Aparatının və Yasamal Bələdiyyəsinin kollektivi bu xeyirxah
aksiyada fəal iştirak edib.Aksiya paytaxtdakı Milli Hematologiya və
Trzansfuziologiya Mərkəzi həkimlərinin nəzarəti altında baş tutub.Mərkəzin həkim
briqadası bu xeyrixah kampaniyaya qoşulanları müayinədən keçirdikdən sonra
qanvermə aksiyası həyata keçirilib. İrsi və qan xəstəliyi olan insanlara kömək
etmək məqsədilə Yasamal rayon İcra hakimiyyəti və Yasamal Bələdiyyəsinin əməkdaşları
növbə ilə qan veriblər.
Aztəminatlı ailələrə qurban payı paylanıldı
Yasamal rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsinin
birgə təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı Yasamal sakinlərinə
qurban payları paylanılıb.Qurban payı alanlar arasında həmçinin Aprel şəhidlərinin
,Qarabağ qazilərinin ailə üzvləri də vardır.Həmçinin Yasamal Bələdiyyəsinin əməkdaşları
hərəkət məhdudiyyəti olan, habelə yaşlı ahıl insanlara Qurban paylarını evlərinə
çatdırıblar.